AZ

Ərdoğan Azərbaycana səfərini ləğv etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayının 6-da Azərbaycan səfəri ləğv edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ərdoğanın Avro-2024 çərçivəsində Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya səfər proqramı olub.

Qeyd edilib ki, Avstriya ilə oyundan sonra M.Dəmiral Bozqurd işarəsi göstərib və bundan sonra UEFA müdafiəçi ilə bağlı araşdırma başladıb.

Türkiyə liderinin də milli komandaya dəstək vermək üçün Almaniyaya getməyə qərar verdiyi vurğulanıb.

Xatırladaq ki, Ərdoğan daha əvvəl Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün 6 iyulda Azərbaycana gəlməyi planlaşdırırdı.

axar.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
hurriyyet.az

1Mənbələr