AZ

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının ən fəal tərəfdaşlarındandır - RƏY

Bakı. Trend:

Azərbaycanın geosiyasi və geoiqtisadi proseslərin mühümaktorları ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləriniinkişaf etdirməsi, bu istiqamətdə son bir neçə il ərzində, qlobalmüstəvidə ziddiyyət və qarşıdurmalarla müşaiyət əldə olunan zamankəsiyində əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin xaricisiyasət konsepsiyasının uğurla həyata keçirildiyinin sübutudur.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi ElçinMirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan öz maraqları və qarşılıqlı faydalıəməkdaşlıq prinsipləri üzərindən dünyaya açılır.

"Bu xüsusda Azərbaycanın Avropanın, Cənubi və Şimali Amerikanınayrı-ayrı dövlətləri ilə yanaşı, Avrasiyanın regional və qlobaliqtisadi-siyasi güc mərkəzləri ilə münasibətlərini yüksələn xətləirəliyə doğru aparması, Afrikanın, eləcə də hazırda qlobaliqtisadi-siyasi proseslərin əhatəsindəki və ölkəmiz üçün ənənəviolmayan digər region və subregionlarda yerləşən ölkələrləqarşılıqlı dialoqu və əməkdaşlığı intensivləşdirməsi, təkcə bizimüçün deyil, bütövlükdə bölgəmiz üçün böyük perspektivlər vədedir.

Əgər bir sıra Qərb dairələrinin, xüsusilə də Fransanın ölkəmiziqlobal proseslərdən kənarda qoymaq cəhdlərini və bu istiqamətdəaşırı aqressivliklə müşaiyət olunan bir siyasət yürütdüyünü dənəzərə alsaq, əldə olunan nəticələrin nə qədər böyük bir potensialvə diplomatik məharət hesabına başa gəldiyini müəyyənləşdirəbilərik", - o deyib..

E. Mirzəbəyli qeyd edib ki, Azərbaycanın Şanxay ƏməkdaşlıqTəşkilatı və bu təsisatın ən mühüm ölkələrindən biri olan Çin XalqRespublikası ilə münasibətlərinin inkişafında nəzərə çarpan yüksəkdinamizm rəsmi Pekinin ölkəmizə və onun liderinə münasibətdənümayiş etdirdiyi yüksək inam və etimadın bariz nümunəsidir.

"Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi ərazisi ikiqitənin – Avropa və Asiyasın 65 faizini, əhalisi isə dünyaəhalisinin az qala yarısını təşkil edir. ŞƏT, hətta müşahidəçi vədialoq üzrə tərəfdaşlar nəzərə alınmasa, dünyanın ən zəngin təbiiresurslarının yerləşdiyi coğrafiyanı əhatə edir. Dünya ÜDM-nin ¼%-iŞƏT üzvü olan ölkələrin payına düşür. Bu isə 23 trillion ABŞdolları deməkdir. Prezident İlham Əliyevin qısa zaman kəsiyində,artıq ikinci dəfə ŞƏT-in Zirvə Toplantısına dəvət alması,Azərbaycana, təkcə coğrafi mövqeyinə, regional və qlobalproseslərdə oynadığı rola görə deyil, həm də ilk növbədə Prezidentİlham Əliyevin nüfuzuna, yüksək liderlik keyfiyyətlərinə veriləndəyər kimi qəbul olunmalıdır. Böyük sənaye, elmi və innovativpotensiala malik olan Azərbaycanın hazırda və yaxın gələcəkdə ŞƏTplatforması vasitəsilə həyata keçirilən qarşılıqlı faydalıinfrastruktur layihələrində, o cümlədən nəqliyyat, logistika vəenerji sahələrində yaxından iştirak etmək imkanı var. Ölkəmizsənaye, elm, təhsil, turizm və humanitar fəaliyyət sahələrindəəməkdaşlığa tam açıqdır.

Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində stratejitərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmişAzərbaycan-Çin birgə Bəyannaməsi, çox mühüm və tarixi əhəmiyyətkəsb edən sənəddir. Qlobal proseslərdə məsuliyyət amilini hər zamanönə çəkən Çin Xalq Respublikası, həm beynəlxalq, həm də ikitərəflimünasibətdə özünəməxsus baxış bucağına sahibdir. Çin öz stratejitərəfdaşlarını olduqca ehtiyatla seçir və öhdəliklərinə böyükməsuliyyətlə yanaşır. İki ölkə arasındakı bağların möhkəmlənməsinəxidmət edən amillərdən biri və bəlkə də birincisi, qənaətimə görə,Azərbaycanın da öz öhdəlikllərinə və tərəfdaşları iləmünasibətlərində yüksək məsuliyyət hissi və həssaslıqlayanaşmasıdır.

Birgə Bəyannamədə Azərbaycanla Çinin xarici amillərdən asılıolmayaraq bir-birini etibarlı tərəfdaş hesab etdiklərininvurğulanması da, istisnasız olaraq, hər iki ölkənin milli mənafeniəsas götürməklə yanaşı, xarici təsirlərdən asılı olmadıqlarını,müstəqil, qarşılıqlı maraqlara, ədalət psrinsiplərinə söykənənsiyasət yürütdüklərini nümayiş edirir. Bu xüsusda Bəyannamədə yeralan digər məqam - tərəflərin BMT himayəsi altında beynəlxalqsistemi dəstəklədiklərini, BMT Nizamnaməsinin məqsəd vəprinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarınariayət etdiklərini, hegemonluğa və güc siyasətinə qarşıolduqlarını, real çoxtərəfliliyə sadiq qaldıqlarını vurğulamaları,Bakı və Pekinin bəşəriyyətin təhlükəsiz gələcəyi ilə bağlı ortaqbaxış bucağına sahib olduqlarını göstərir.

Bəyannamədə iqtisadi müstəvidə yer alan ən önəmli istiqamətlərisə, düşünürəm ki, “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığıdərinləşdirilməsi və Çinin Transxəzər Beynəlxalq NəqliyyatDəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəaliştirak etmək niyyətinin vurğulanmasıdır.

Bütövlükdə sənəd eyni zamanda, Azərbaycanın iştirakı vətəşəbbüsü ilə həyata keçirilən və həyata keçirilməsi nəzərə tutulanlayihələrə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə Çin kimidaim inkişafda olan dünya nəhənginin dəstəyi kimi dəyərləndiləbilər.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşününnəticəsi olaraq, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdədaha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha daintensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyətqazanacaq", - deyə siyasi şərhçi əlavə edib.

Siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə,Çin geosiyasi dağınıqlar arasında yeni dünya nizamını həyatakeçirən qüdrətli dövlətdir.

"Azərbaycanla Çinin “Strateji tərəfdaşlığın qurulması haqqındaBirgə Bəyannamə” qəbul etməsi rəsmi Bakı ilə Pekinin yeni dünyanizamında qarşılıqlı maraqlarını inkişaf etdirməyi, iqtisadiəməkdaşlıqları dərinləşdirməyi, təhlükəsizlik mühitinə ikitərəflivahid yanaşmaları əks etdirir", - o vurğulayıb.

Ekspert deyib ki, Azərbaycanın “Vahid Çin” siyasətinə vəTayvanın hər hansı müstəqilliyinin yolverilməzliyinə dair sənəddəgöstərdiyi mövqe və Pekinin Azərbaycanın Ermənistanlaformalaşdırdığı sülh gündəliyinə dəstəyi müştərək prioritetləriqabağa aparacaq.

“Bu onu deməyə şərait yaradır ki, artıq Azərbaycan regionalsiyasətindən kənara çıxan strategiyanı həyata keçirir. Bu, ÇininAsiyadakı maraq və gündəliyinə dəstəyi ifadə edən prioritetlərşəklində üzə çıxa bilər.
Çin isə Cənubi Qafqazda iqtisadi genişlənmə ilə yanaşı geosiyasiməsələlərdə rol alır və bu strategiyasını Azərbaycan üzərindənqurur. Proqnozlaşdırmaq olar ki, Çinin bölgədəki iqtisadi portfeliilə yanaşı diplomatik-siyasi təsirləri genişlənəcək”,- deyə A.Kərimov əlavə edib.

O qeyd edib ki, Çin ölkələrin digər ölkələrin daxili siyasətinəqarışmaqdan çəkindiyi çoxqütblü dünya nizamını hədəfləyir.

"Bu, Azərbaycanın maraqlarına cavab verən yanaşmadır və nəzərəalmaq mütləqdir ki, daxili işlərə qarışmamaq barədə Bəyannamədə dəəks olunub.

Bəyannaməni başqa bir prizmadan – qlobal güc qarşıdurmasından –da təhlil edib. Onun sözlərinə görə, Çin əmindir ki, ABŞ üzərinəgötürdüyü hərbi, diplomatik və mənəvi məsuliyətlərin öhdəsindəngələ bilmək potensiallarından məhrum olur.

Üstəlik, Rusiya-Ukrayna müharibəsi ilə Rusiyanın da mövqelərindəböyük zəifləmələrin müşahidə olunacağını istisna etmir.

Çin həmin prizmalardan yanaşaraq başqa beynəlxalq aktorlarınCənubi Qafqazdakı hegemonluq iddiaları önündə alternativləryaratmağı hədəfləyə bilər. Pekinin belə gündəliyi AzərbaycanaErmənistanla sülh müqaviləsi layihəsini yekunlaşdırmaq vətəhlükəsizlik arxitekturasını formalaşdırmaqda Çinin dəstəyiniartıracaq”,- deyə A. Kərimov fikrini yekunlaşdırıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
az.trend.az

2Mənbələr