AZ

Avro-2024-də “boz qurd” qalmaqalı: “Bu, ksenofobiyadır”

Türkiyə XİN: “Almaniya hakimiyyətinin cənab Dəmirala reaksiyasını ksenofobiya hesab etmək olar”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin futbol millisinin müdafiəçisi Merih Dəmiralın Avro-2024-ün 1/8 finalında Avstriya ilə matçda (2:1) vurduğu qoldan sonrakı jesti barədə UEFA-nın araşdırması ilə bağlı açıqlama yayıb. AYNA xəbər verir ki, bu barədə məlumat XİN-in sosial şəbəkə hesabında qeyd edilib.

“Avro-2024-ün 1/8 final mərhələsinin Türkiyə – Avstriya oyunundan sonra UEFA-nın türk futbolçu Marih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir. Bundan əlavə, 2023-cü ilin sentyabrında Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi tərəfindən dərc edilən hesabatda qeyd edilir ki, “boz qurd” işarəsi mütləq sağçı ekstremizmlə əlaqəli ola bilməz. Almaniyada “boz qurd” işarəsi də qadağan edilməyib. Bu şərtlərə görə, Almaniya hakimiyyətinin cənab Dəmirala reaksiyasını ksenofobiya hesab etmək olar. Qol sevinci zamanı tarixi və mədəni simvoldan heç kimi hədəf almayan şəkildə istifadə edilməsinə siyasi motivli reaksiyanı pisləyirik”, - Türkiyə XİN-nin “X” sosial şəbəkəsindəki paylaşımında vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl UEFA-nın türkiyəli müdafiəçi Merih Dəmiralın Avstriya millisi ilə Avropa çempionatının 1/8 final matçında vurduğu qolun bayram edilməsi ilə bağlı araşdırmaya başladığı məlum olub. Görüş iyulun 2-də baş tutub. Komandalar Leypsiqdəki “Red Bull Arena – Centralstadion”da oynayıblar. Türkiyə yığması 2:1 hesabı ilə qalib gəlib. Türkiyəli müdafiəçi Merih Dəmiral dubla imza atıb. Qol sevincini qeyd edən futbolçu türk millətçilərinin “boz qurd” işarəsindən istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
turkustan.az

10Mənbələr