AZ

ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib

     ABŞ-ın Miçiqan ştatında ölkənin ilk smart avtomobil yolu layihəsinin reallaşdırılmasına start verilib. Miçiqan ştatının Ann-Arbor və Detroyt şəhərləri arasındakı 4.82 km-lik avtomobil yolu sahəsi xüsusi sensorlar və rabitə təchizatları ilə təmin olunur. Onlar yolda hərəkət edən avtomobilləri müşahidə edərək sürücülərə aktual məlumatları təqdim edəcəklər. Gələcəkdə bu layihənin 64.37 km-lik avtomobil yolu sahəsini əhatə edəcəyi gözlənilir.     Google şirkətinin sahibi olan Alphabet holdinqi tərəfindən dəstəklənən Cavnue adlı startap ölkə üzrə digər avtomobil yolları üçün nümunə ola biləcək bu layihəni reallaşdırmaqla məşğuldur. Smart avtomobil yolu sürücülər ilə Miçiqan Nəqliyyat Departamentini avtomobil yolundakı mümkün problemlər barəsində məlumatlandırmaq üçün nəzərdə tutulub. Bu cür problemlərə misal olaraq avtomobil yolunda yaranmış maneələri, qəzaları və tıxacları gətirmək olar.     Gözləntilərə əsasən bu layihə avtomobil yollarındakı yüklənməni aşağı salacaq, ola biləcək avtomobil qəzalarının qarşısını alacaq və yolda yarana biləcək fövqəladə hallara reaksiyanın operativliyini yaxşılaşdıracaq. Sözügedən layihə çərçivəsində yol boyunca sensor və kameralara sahib sütunlar yerləşdirilib. Onlar avtomobil yolunun hər bir hissəsini monitorinq edirlər və yolda baş verə biləcək təhlükəli səyahət hallarının təyin edilməsi istiqamətində kameralardan əldə edilən görüntüləri süni zəka alqoritmi vasitəsilə analiz edirlər. Cavnue startapının texnologiyası rabitə funksiyasına sahib istənilən avtomobil ilə əlaqə yarada bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
technote.az

1Mənbələr