AZ

Siyavuş Novruzov namizəd ola biləcək? – YAP-dan və MSK-dan AÇIQLAMA

VII çağırış Milli Məclisə seçkilərə start verilib. Gözlənildiyi kimi seçki prosesi maraqlı olaylarla davam edir. Məsələn, ötən gün məlumat yayıldı ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasından mandat qazanmış Siyavuş Novruzov və Sevinc Hüseynova növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürə bilməyəcəklər.

Buna səbəb kimi onların adlarının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi göstərilib. Lakin, Siyavuş Novruzov yayılan informasiyanı təkzib etdi və seçkilərə qatılacağını bildirdi.

Məsələyə aydınlıq gətirmək üçün Yeni Azərbaycan Partiyası ilə əlaqə saxladıq. Qurumun sözçüsü Nurlan Qələndərli KONKRET.az-a bildirdi ki, hələlik namizədlərin dəqiqləşdirilməsi prosesi gedir:

“Partiyanın deputatlığa namizədlərinin siyahısı YAP İdarə Heyətinin iclasından sonra elan olunacaq”.

Məsələnin hüquqi tərəfini öyrənmək üçün Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Şahin Əsədli KONKRET.az-a bildirdi ki, partiyanın seçki qərargahının üzvünün eyni zamanda deputatlığa namizəd göstərilməsi həmin partiyaların öz səlahiyyətlərinə aid olan məsələdir:

“Qanunvericilikdə belə bir qadağa yoxdur ki, seçki qərargahının üzvü deputatlığa namizəd ola bilməz. Qanun buna icazə verir”.

Natiq SƏLİM

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
konkret.az

1Mənbələr