AZ

İran Rusiyanın liderlik etdiyi ittifaqın üzvü olacaqmı?

Hurriyyet.az xəbər verir ki, Rusiya İranın Avrasiya İqtisdi İttifaqına müşahidəçi statusu almaq müraciətini dəstəkləyir. Bu barədə açıqlamanı RF Prezidenti Vladimir Putin verib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət barəsində razılaşma da tərəflər arasında inqtisadi əlaqələrin getdikcə möhkəmlənməsinə töfhə verəcək.

Putin iyulun 4-də, Astanada, ŞƏT sammiti çərçivəsində İran Prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər ilə görüşüb. Putin görüş zamanı deyib: "Təşkilata üzv dövlətlər İranın Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu almaq üçün müraciətini nəzərdən keçirirlər. Biz öz tərəfimizdən, sözsüz ki, sizi dəstəkləyirik". 

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
hurriyyet.az

1Mənbələr