AZ

Hadisə / VideoBakıda doqquzmərtəbəli binada YANĞIN - 8 nəfər təxliyə olunub - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Ötən gecə paytaxtın Xətai rayonunda binanın liftində yanğın baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, yanğın Neapol küçəsi 24 a ünvanında qeydə alınıb. Nəticədə xəsarət alan olmayıb.

Hadisə ilə bağlı FHN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 3 ədəd qoruyucu açar, və 5 p.m. kabeli yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Banu Hüseynli BAKU.WS VİDEO

Seçilən
28
1
far.az

2Mənbələr