Türkiyəli futbolçu Merih Demiralın Avstriya ilə oyun günü göstərdiyi bozqurd işarəsi qalmaqal yaradıb.
Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Merih Demiral barədə araşdırmaya başlayıb. Buna səbəb Demiralın iyulun 2-də Türkiyə-Avstriya oyununda vurduğu ikinci qoldan sonra bozqurd işarəsi göstərməsi olub.
UEFA araşdırmaya "uyğun olmayan davranış" səbəbi ilə başladığını açıqlayıb.
Qurum bildirib ki, araşdırma UEFA -nın İntizam Reqlamentinin müvafiq maddəsinə uyğun olaraq başlanıb.
Sözügedən maddə ilə futbol meydançalarında “siyasi, ideoloji, dini və ya irqi təbliğat ehtiva edən hər hansı davranış” qadağan olunur.
Videoya Youtube-dan baxın.