AZ

BMT: ''Qəzzada hər on adamdan biri azı bir dəfə yurd-yuvasından didərgin düşüb''

Qəzza zolağında hər 10 nəfərdən 9-nun azı bir dəfə evlərindən didərgin düşdüyü bildirilir.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Fələstin üzrə koordinatoru Andrea de Domeniko onlayn qaydada BMT-nin mənzil-qərargahındakı jurnalistlərin suallarını cavablandırıb.
İsrailin Xan Yunislə bağlı "evakuasiya" çağırışından sonra BMT-nin bir daha humanitar yardım əməliyyatları hәyata keçirmәli olduğuna diqqət çəkən Domeniko deyib: "Evlərini tərk edənlər kimi biz də əməliyyatlarımızı başdan başlatmaq məcburiyyətindəyik".
Andrea de Domeniko İsrailin  "təhlükəsiz zonalar"da hücumlarını davam etdirdiyini dəfələrlə gördüklərini və indiyə qədər 247 həmkarının həyatını itirdiyini bildirib.
Bir çox həmkarının vəzifəsini yerinə yetirərkən öldürüldüyünü, bəzilərinin isə ailələri ilə birlikdə evlərində öldürüldüyünü qeyd edən Domeniko deyib: “Artıq ''dur'' deməyin vaxtıdır”.
Qəzzada hər 10 nəfərdən 9-nun azı 1 dəfə, bəzilərinin isə təxminən 10 dəfə evlərindən didərgin düşdüyünü ifadə edən A.Domeniko deyib: "İnsanlar son 9 ayda oyun taxtasındakı piyadalar kimi bir yerdən başqa yerə göndərilir''.
Fələstin Statistika İdarəsinin koordinatoru Qəzza əhalisinin 2,3 milyon olduğunu,  təxminən 110 min adamın Qəzzanı tərk etdiyini, 37 min adamın öldürüldüyünü bildirib.



Seçilən
168
trt.net.tr

1Mənbələr