AZ

Yakutskda daha 2 medal

Azərbaycan millisi Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında hesabına daha 2 medal əlavə edib.

İdman.biz xəbər verir ki, bu dəfə kəmər (alış) güləşçilərimiz fəxri kürsüyə yüksəliblər.

İdmançılarımızdan Əli Ələsgərli (65 kq) gümüş, Fidan Bəşirli (55 kq) isə bürünc medal qazanıblar.

İdman.biz

Seçilən
134
idman.biz

1Mənbələr