AZ

Dünya çempionatının final mərhələsinin ev sahibi müəyyənləşib

DÇ-2030-un final matçının yeri açıqlanıb.

Apasport.az “Marca”ya istinadla xəbər verir ki, turnirin həlledici matçı "Santyaqo Bernabeu"da baş tutacaq.

FİFA-nın rəsmi qərarı qarşıdakı günlərdə açıqlayacağı gözlənilir.

Xatırladaq ki, FİFA 2030-cu ildə dünya çempionatının 100-cü ildönümü olduğu üçün ev sahibi ölkələrdən başqa yerlərdə 3 oyun keçiriləcəyini açıqlamışdı. Uruqvay, Argentina və Paraqvay turnirdə ilk oyunlarını öz ölkələrində keçirəcək.

Bu 3 ölkə ilə yanaşı, turnirə ev sahibliyi edən İspaniya, Portuqaliya və Mərakeş 2030-cu ildə keçiriləcək dünya çempionatında birbaşa iştirak etmək hüququ qazanacaq.

Seçilən
57
apasport.az

1Mənbələr