AZ

ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləri imzalanıb

Astana. Trend:

İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləriimzalanıb.

Trend xəbərverir ki, Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3bəyanatı, o cümlədən "Ədalətli dünya, harmoniya və inkişaf naminədünya birliyi haqqında", "ŞƏT-in təkmilləşdirilməsi haqqında"təşəbbüs, eləcə də enerji əməkdaşlığının inkişafına haqqında qərar,ŞƏT-ə üzv ölkələrin investorlar assosiasiyası haqqında, mühafizəolunan ərazilər və iqtisadi turizm sahəsində əməkdaşlıq proqramınıntəsdiqlənməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, ŞƏT sammiti Qazaxıstanın sədrliyi ilə keçirilir.Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan,Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan,Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları,həmçinin ŞƏT-in Baş katibi və regional ŞƏT antiterror strukturununicraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil DövlətlərBirliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadiKomissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı(IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirakedirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin DövlətBaşçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatındakeçirilir.

Bütünlükdə dövlət başçıları ŞƏT-in çoxplanlı əməkdaşlığının,onun perspektivlərinin daha da möhkəmləndirilməsinə, eləcə dəaktual beynəlxalq və regional problemlərin həllinə imkan yaradangeniş spektrli məsələləri nəzərdən keçirirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
41
3
az.trend.az

4Mənbələr