AZ

Avtobus və metroda güzəşt olan ölkələr var - ARAŞDRMA

"İctimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir".

Bu sözləri deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, əksər inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi mümküdür. 

Əksər ölkələrdə olduğu kimi, tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. O, həmçinin, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac olduğunu deyib. Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. 

Bəs, hansı ölkələrdə ictimai nəqliyyat ya pulsuz, ya da güzəştlidir?

"Cebhe.info" bu barədə araşdırma edib.

Lüksemburq

Lüksemburq dünyada ictimai nəqliyyatın tamamilə pulsuz olduğu ilk ölkədir. Qərar 1 mart 2020-ci ildən qüvvəyə minib. Qərar yalnız ölkə vətəndaşları deyil, həm də turistlər üçün nəzərdə tutulub.

Malta

Sloveniya 

Ölkənin bir çox şəhərlərində ictimai nəqliyyat güzəştlidir. Nova Qoritsa şəhərində isə 2019-cu ildən ictimai nəqliyyat puluzdur.

Fransa

2018-ci ildən etibarən Fransanın Dunkirk şəhəri ictimai nəqliyyatı tamamilə pulsuz edib. Bununla da ətraf mühiti qorumaq hədəflənir. Bu proqram şəhərdə avtomobil vasitələrinin hərəkətini azaltmaq məqsədi daşıyır. Qərardan sonra ictimai nəqliyyatdan istifadədə 85% artım olub.

Bolqarıstan

Bolqarıstanın Samokov şəhərində 2006-cı ildə yalnız yaşlılar və tələbələr üçün pulsuz nəqliyyat fəaliyyətə başlayıb. 2008-ci ildə bu xidmət şəhərin bütün ictimai nəqliyyat istifadəçilərinin istifadəsinə verilib. 

Avstriya 

2022-ci ildə paytaxt Vyanada 18 yaşdan kiçik yeniyetmə və uşaqlar üçün ictimai nəqliyyatı pulsuz edilib. Bu addım gəncləri ictimai nəqliyyatdan daha çox istifadə etməyə təşviq etmək məqsədi daşıyır.

Türkiyə

Türkiyənin İstabul, Muğla, Balıkesir kimi bir sıra bölgələrində tələbə kartları mövcuddur və onlar bu kartdan istifadə edərək daha aşağı qiymətə ictimai nəqliyyatdan istifadə edə bilərlər.

Amaniya

Almaniyanın Berlin şəhərində də ictimai nəqliyyat bütün təhsilalanlar üçün pulsuzdur. Qərar 2019-cu ildən qüvvəyə minib.

Seçilən
55
cebheinfo.az

1Mənbələr