AZ

Bunları acqarına yemək olmaz - HƏKİM

Bəzi qidalar acqarına qəbul edilməməlidir. 

“Cebhe.info” “Gazeta.Ru”-ya istinadən yazır ki, bu barədə qastroenteroloq Yevgeniya Zarubina xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, birincisi, acqarına qəhvə içmək olmaz:

“Çünki o, mədədə xlor turşusunun əmələ gəlməsini stimullaşdırır və selikli qişanı qıcıqlandırır”. Həkim deyir ki, yeməkdən sonra qəhvə içmək lazımdır.

Onun fikrincə, səhər yeməyi üçün ağ çörək, kekslər və xəmirlərdən də imtina etməlisiniz, çünki sadə karbohidratlar qanda qlükoza artımına səbəb olur, nəticədə tez aclıq və yorğunluq hissi yaranır: “Tez hazırlanan sıyıq da qadağandır”. 

Həkimin sözlərinə görə, onlar ağır emaldan keçir və faydalı xüsusiyyətlərini itirir.

Həmçinin acqarına şirələr içmək, tərəvəz və meyvə yemək tövsiyə edilmir: 

“Onlar mədə selikli qişasını qıcıqlandıra və mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək turşuluğu artıra bilər”.

Həkim acqarına qatıq, kefir və digər qıcqırdılmış süd məhsullarını yeməyin zərərli olmasa da, faydasız olduğunu deyən həkim səhər saatlarında mədədə yüksək konsentrasiyada xlorid turşusunun olduğunu və fermentləşdirilmiş südün tərkibində olan bütün faydalı bakteriyaları öldürdüyünü qeyd edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
cebheinfo.az

1Mənbələr