AZ

ABŞ-dan Ukraynaya 2,4 milyard dollarlıq yeni yardım paketi göndərdi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada Ukraynaya "kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün" yeni yardımların veriləcəyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, açıqlamada Ukrayna üçün açıqlanan yeni yardım paketinin dəyərinin təqribən 2,4 milyard dollar olduğu, paketin içərisində hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlərin olduğu bildirilib.

Açıqlamada, Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə Patriot və Milli Qabaqcıl Yer-Hava Raket Sistemi (NASAMS) üçün 2,2 milyard dollarlıq sursat yardımı veriləcəyi ifadə edildi. 150 milyon dollarlıq paket müxtəlif sursat və logistika ehtiyacları üçün idi.

Açıqlamada, Ukrayna üçün açıqlanan 150 milyon dollarlıq əlavə yardım paketinə HAWK hava hücumundan müdafiə sistemi və yüngül çoxlu raket atış sistemi (HIMARS) raketləri, 155 və 105 millimetrlik artilleriya mərmiləri, Javelin və AT-4 kimi sursatların da daxil olduğu vurğulanıb.

ABŞ iyunun 20-də Ukraynaya "təcili ehtiyacları" səbəbindən Patriot və NASAMS daşımalarında üstünlük veriləcəyini, digər müttəfiqlərə göndərilmələrin isə təxirə salınacağını açıqladı.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
59
28
turkustan.az

10Mənbələr