AZ

Düzgün diş pastasını necə seçək?- Tərkibinə yox, buna diqqət etmək lazımdır

Diş pastası seçərkən aşındırıcılıq indeksinə (RDA) diqqət yetirmək lazımdır. Bu göstərici 75-dən çox olmamalıdır.

Azpost.info xəbər verir ki, diş həkimləri diş pastası seçməklə bağlı stomatoloqla məsləhətləşməyi tövsiyə edirlər. Çünki bu məcunlardan bəziləri hər kəs üçün uyğun olmaya bilər.

“Supermarketlərdə diş pastalarının sərbəst şəkildə satılmasına baxmayaraq, diş həkiminə müraciət etmək yaxşı olardı. Və seçimi həkimə həvalə edin. Çünki, məsələn, florid diş pastası bəziləri üçün faydalı, bəziləri üçün isə zərərli olacaq”, – mütəxəssislər deyir.

Həkimlərin sözlərinə görə, ən başlıcası tərkibinə deyil, aşındırıcılıq indeksinə diqqət yetirməkdir. 75-dən yüksək aşındırıcılıq indeksinə malik pastalar dişlərə aqressiv təsir göstərə bilər və nəticədə minaya ciddi ziyan vura bilər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azpost.info

1Mənbələr