Cümə axşamı İranda prezident seçkilərinin ikinci turu ərəfəsində namizədlərin təşviqat kampaniyasını dayandırdığı vaxt sükut günü adlanan gün başlayıb.
İyulun 5-də İran vətəndaşları iki namizəd arasından seçim etməli olacaqlar: mühafizəkar Səid Cəlili və islahatçı qanadın nümayəndəsi Məsud Pezeşkiyan. Seçkilərin birinci turu iyunun 28-də baş tutub. Sonra prezidentlik yarışında iştirak edənlərdən heç biri seçkiləri etibarlı saymaq üçün mütləq səs çoxluğu əldə edə bilməyib.
Birinci turda Pezeşkiyan seçicilərin 42,5%-nin dəstəyini qazanıb, vətəndaşların 38,6%-i isə onun rəqibi Cəliliyə səs verib. Eyni zamanda, seçkilərdə fəallıq 40% təşkil edib ki, bu da son 45 ildə prezident seçkiləri üçün mənfi rekorda çevrilib.
//Samir Qurbanov, Editor.az