AZ

"Bayden uğursuz debatlardan sonra seçkilərdə iştirakı üzərində düşünür" - "The New York Times" 

 
"Əgər yaxın zamanlarda Bayden ictimaiyyəti ABŞ prezidenti vəzifələrini icra etmək qabilliyyətində olduğuna inandıra bilməsə, öz namizədliyini xilas edə bilməyəcək..."
 
ABŞ prezidenti Co Bayden anlayır ki, ona seçkilərdə ola bilsin ki, öz namizədliyini geri götürmək lazım gələcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Etibarlı şəxsi ilə söhbətində o, etiraf edib ki, Atlantada debatlarda olduğu kimi yenidən uğursuzluğa düçar olacağı təqdirdə qələbə şansını itirəcək.
 
Prezidentin bu söhbəti onun Atlantada debatlarda uğursuz çıxışından sonra özünə gələ biləcəyi üzərində ciddi düşünməyə başladığının ilk əlamətidir. 
 
Bayden yaxın silahdaşlarından birinə deyib ki, əgər yaxın zamanlarda ictimaiyyəti ABŞ prezidenti vəzifələrini icra etmək qabiliyyətində olduğuna inandıra bilməsə, öz namizədliyini xilas edə bilməyəcək.
 
Adını açıqlamayan həmin şəxsin sözlərinə görə, öz postu uğrunda hələ də mübarizə aparan prezident bayramla bağlı istirahət günləri ərəfəsində sonrakı çıxışlarına ümid edir.
 
Söhbət  o cümlədən cümə günü "ABC News" nəşrinin müxbiri Corc Stefanopulosa (ABŞ prezidentinin kommunikasiyalar üzrə sabiq köməkçisi) müsahibəsi və Pensilvaniya və Viskonsində seçkiöncəki görüşlərindən gedir.
 
"Bayden gözəl anlayır ki, daha iki belə tədbir keçirərsə, o zaman istirahət günlərinin sonunda biz tamamilə başqa vəziyyətdə olacağıq", - həmsöhbət deyib, prezidentin debatlarda sönük çıxışını nəzərdə tutub.
 
Məqalə dərc edildikdən sonra Ağ Evin mətbuat katibi Endrü Beyts bəyan edib ki, bu, "həqiqətə tamamilə uyğun deyil".
 
Bu söhbət prezidentin Atlantada debatlarda uğursuz çıxışından sonra reabilitasiya olunacağı ilə bağlı ciddi düşündüyünün ilk açıq əlamətidir.
 
Onun prezidentliyə namizəd kimi daha dörd il müddətində prezident postunda olması üçün yararlığı ilə bağlı getdikcə daha çox narahatlıq sezilir.
 
Baydenin əsas müşavirlərindən biri anonimlik şərtilə bəyan edib ki, prezident "hansı siyasi çağırışla üzləşdiyini yaxşı anlayır".
 
Bundan öncə Baydenin seçkiöncəki qərargahı bəyan edib ki, o, yarışdan çıxmayacaq. Buna rəğmən, demokratlar Baydenin seçkilərdə iştirak etməkdən imtina edəcəyi halda onun mümkün əvəzlənməsini nəzərdən keçirir.
 
Müəllif: Keti Rocers
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
moderator.az

1Mənbələr