AZ

Özü sıxlıqda qalamamaq üçün yolda tıxaca səbəb oldu - VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 7-də baş verib. Belə ki, 77-KT-307 qeydiyyat nişanlı "Opel" markalı taksi avtomobilinin sürücüsü sağa dönəcəyi halda sol zolaqda yerləşib. Sağa gedən istiqamətdə tormozlama zolağı olsa da, sürücü həmin zolaqda sıxlığa düşməmək üçün sol zolağı seçib. Bu isə arxadan gələn sürücülərin hərəkətinə mane olaraq yolda tıxaca səbəb olur. O, daha sonra dönmə işığını yandırmadan manevr edərək qaydaları növbəti dəfə pozub.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
avtosfer.az

1Mənbələr