AZ

Karlson Zelenskidən də müsahibə alacaq


Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Volodimir Zelenski ilə gözlənilən müsahibə haqqında məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində yazıb.
“Deyəsən, Zelenski ilə müsahibəmiz var. İki ildir ki, buna nail olmağa çalışırıq, xüsusən də fevralda Putinlə müsahibədən sonra”, - amerikalı jurnalist bildirib.
O, həmçinin bildirib ki, amerikalılar üçün ABŞ-nin dünya səhnəsindəki rolunu dəyişən münaqişə haqqında lazımi məlumatların verilməsi vacibdir.
Karlson müsahibə ilə bağlı dəqiq tarixi açıqlamayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
yeniavaz.com

1Mənbələr