Amerikalı jurnalist Taker Karlson X sosial şəbəkəsindəki səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə gözlənilən müsahibənin anonsunu verib.
Azpost.info xəbər verir ki, o, dəqiq buraxılış tarixini açıqlamayıb.
Karlson deyib ki, amerikalılar ABŞ-ın dünya səhnəsindəki rolunu dəyişən münaqişə haqqında hər şeyi bilməlidirlər.
“Görünən odur ki, Zelenski ilə müsahibəmiz var. İki ildir ki, buna nail olmağa çalışırıq, xüsusən də fevralda Putinlə müsahibədən sonra”, – jurnalist yazıb.
Azpost.info