AZ

Sərhədlərimizdə terror dövləti qurulmasına icazə verməyəcəyik – Ərdoğan

Bakı,TurkicWorld

Türkiyənin sərhədlərindən kənarda terror dövləti qurulmasına icazə verməyəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Ərdoğan Rusiyalı həmkarını Türkiyədə qəbul etmək istədiyini bildirib. Putin isə öz növbəsində ən qısa zamanda Türkiyəyə gələcəyini vurğulayıb.

Qeyd edək ki, Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 24-cü Dövlət Başçıları Zirvə toplantısında iştirak etmək üçün getdiyi Qazaxıstanın paytaxtı Astanaya səfər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
turkic.world

1Mənbələr