AZ

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

Azərbaycan

Kiyev, 4 iyul, AZƏRTAC

Kiyevdə Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitab nəşr edilib.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki soydaşımız Arif Quliyevdir. “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” adlı kitabın 5-ci cildi artıq oxucuların ixtiyarına verilib.

Kitabda ikitərəfli münasibətlərin müasir tarixi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərindəki rolu, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, müəllifin Ukraynadakı fəaliyyəti barədə fikirlər yer alıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
75
azertag.az

1Mənbələr