AZ

Umud Mirzəyev ermənistanlı politoloqa cavab verdi: “Azərbaycanın məqsədi...”

Erməni mediasına müsahibəsində politoloq Armen Badalyan deyib ki, Azərbaycan çox məntiqli siyasətlə irəliləyir. Bəs kim dedi ki, Azərbaycan hansısa tənzimləmə, iş proseduru ilə bağlı Ermənistan hakimiyyəti ilə razılaşmalıdır? Azərbaycanın bir məqsədi var - hər şeyi əldə edib heç nə verməmək və Bakı bunu həyata keçirir.

Ednews xəbər verir ki, bu fikirlərə münasibət bildirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd etdi ki, erməni politoloq yanlış fikirlər irəli sürür. Azərbaycanın başqa ölkənin torpaqlarında o, cümlədən Ermənistanın nə malında, nə torpağında, bir sözlə heç nəyində iddiası yoxdur. 

“Ermənistanın naturası, ümumiyyətlə, mövcudluğu bütövlükdə konfiliktə, separatist çağırışlara, uydurma hekayələr yaratmağa köklənib. Onlar özlərinə xas olan keyfiyyətləri həm də başqalarında axtarırlar. Bu gün Azərbaycan üçün əmin-amanlıq və barış içində yaşamaqdan önəmli heç nə yoxdur. Təbii ki, Azərbaycanın məqsədi, özəl haqları, hüquqları var. Ermənistan gözləsin ki, Azərbaycanı 30 il divan tutacaq, hər nə istəsə ölkəmizi yerlə yeksən edəcək, torpağımızın 20 faizini böyük bir xarabazarlıq yaradaca, bundan sonra da Azərbaycan Ermənistana hansısa güzəştləri edəcək, bunları gözləməsinlər. Bir vətəndaş olaraq razı deyiləm ki, Ermənistana güzəştlər edilsin. Çünki onlara bir zərrə qədər şans verilsə, başımıza oyun açarlar. 30 il də buna bariz nümunədir. Regionda sülhün, barışın olması üçün kifayət qədər imkanlar var. Ermənistan reallıqları qəbul etməlidir. Bu ilk növbədə özü, gələcəyi üçün lazımdır. Ermənistan əlində olanları itirməmək üçün barışa üstünlük verməli, sülh müqaviləsinə imza atmalıdır”.

U.Mirzyev bildirdi ki, Nikol Paşinyan kifayət qədər praqmatik siyasət sürəgiləyir. Amma onu özbaşına qoymurlar:

“Küçədə etiraz edənlər, pərdəarxası və beynəlxalq qüvvələr – bütün bunların bir istəyi var. Bunların ortasında Paşinyan olur heç kim. Öz fikrini, mərmanı bildirə bilmir. Ümid edirəm ki, davam edən proses, Azərbaycan prezidentinin açıqlamaları, həm Paşinyanın mediaya çıxışları onu deməyə əsas verir ki, ilin sonuna qədər məsələnin müsbət həlli üçün irəliləyişlərin olması mümkün görünür”. 

Oğuz  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
ednews.net

1Mənbələr