Almaniyanın Türkiyədəki səfiri Yurgen Şuls Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Almaniya daxili işlər naziri Nensi Faserin Avropa çempionatı çərçivəsində keçirilən Türkiyə- Avstriya matçında sevincini ifadə edən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələb etməsidir.
Nazir Nensi Feser 2024 Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə ilə Avstriya arasında keçirilən matçda Merih Demiralın qol sevincini hədəf alaraq UEFA-dan sanksiya tələb etmişdi.
UEFA futbolçunun matçda ''qeyri-münasib davranış" nümayiş etdirdiyini iddia edərək Merih Demiral barəsində istintaq başlatmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta