AZ

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisasqrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənabituriyentlər üçün informatika fənni üzrə imtahan dakeçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanlar Bakı,Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı,Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad,Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkilolunacaq.

İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzininsaytından "İmtahanaburaxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər(rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahanbinasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-dəburaxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahanbinası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub.

İmtahanda II ixtisas qrupu üzrə 17431 ,III ixtisas qrupu üzrə21193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisiniseçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896nəfər olmaqla, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdətutulur.

İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirakedəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşlarıilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxışkeçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildəimtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təminedilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxışkeçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalarmöhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsininəməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsiDİM-də akkreditasiyadan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
49
az.trend.az

8Mənbələr