AZ

Səudiyyə Ərəbistanı üç türk şirkəti ilə müqavilə imzalayıb

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanın müdafiə sənayesi şirkəti SAMI, Türkiyənin Baykar, ASELSAN və Fergani Space şirkətləri müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, bu müqavilələlərlə Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında müdafiə sənayesi əməkdaşlığı artıb.

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı Baykar ilə Səudiyyə Ərəbistanında “istehsal imkanlarının yaradılması” və Baykarın pilotsuz uçuş aparatları üçün sistemlərin inkişaf etdirilməsi üçün razılıq əldə edildiyi bildirilib.

Səudiyyə Ərəbistanında müdafiə elektronikası texnologiyalarının inkişaf etdirilməsi imkanlarını araşdırmaq üçün Türkiyənin aerokosmik və müdafiə şirkəti ASELSAN ilə razılıq əldə olunub.

Həmçinin bəyanatda qeyd olunub ki, SAMI Türkiyənin Fergani Space şirkəti ilə Qlobal kosmik sektora xidmət etmək üçün müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
turkic.world

1Mənbələr