AZ

ABŞ-də prezident seçkilərində kim qalib gələ bilər?

Amerikalıların əksəriyyəti ABŞ Prezidentinin ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı olduğunu hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “The Wall Street Journal”nın keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğuya görə, respondentlərin 80 faizi Baydenin növbəti prezidentlik müddəti üçün çox yaşlı olması ilə razılaşır. Qeyd olunur ki, demokratların üçdə ikisi Baydeni başqa namizədlə əvəz etməyə üstünlük verir. Respondentlərin 47 faizi həm hazırkı prezidentin, həm də keçmiş dövlət başçısı Donald Trampın digər namizədlərlə əvəz ediləcəyini düşünür.

Nəşr iddia edir ki, prezident seçkiləri bu gün keçirilsəydi, respondentlərin 48 faizi Trampa, 42 faizi Baydenə səs verərdi.

Sorğu iyunun 29-dan iyulun 2-dək 1,5 min amerikalı arasında aparılıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Seçilən
68
6
operativmm.az

10Mənbələr