AZ

Şok iddia: Paris-2024 ləğv edilir - BOK bəyanat yaydı

Parisdə keçiriləcək Olimpiya Oyunlarının ləğv oluna biləcəyi ilə bağlı məlumat yayılıb.

Fanat.Az xəbər verir ki, “Le Point” qəzeti bununla bağlı məqalə dərc edib. 

Yazıda nəhəng müsabiqənin başlamasına 3 həftə qalmış ləğv edilməsindən bəhs edilib və səbəb kimi Fransa prezidenti Emmanuel Makronun seçkilərdən sonra ölkədə vətəndaş müharibəsi təhlükəsi ilə bağlı açıqlaması göstərilib.

Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti xəbərlə bağlı dərhal bəyanat yayıb: “Bu, açıq-aydın Fransaya, BOK-a, onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu məlumat heç bir faktiki məlumatlara əsaslanmır.

BOK prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək Açılış Mərasimindən başlayaraq möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
fanat.az

1Mənbələr