AZ

38 yaşlı Tom Hiton daha bir il “Mançester Yunayted”də!

İngiltərənin “Mançester Yunayted” klubu təcrübəli qapıçısı Tom Hiton ilə yeni müqavilə bağlamağa qərar verib.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” 38 yaşlı qolkiperi daha bir mövsüm heyətində saxlayıb.

Təcrübəli qolkiperlə 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Xatırladaq ki, “Mançester Yunayted”in öz yetirməsi olan Hiton, sabiq komandasına 2021-ci ilin yayında azad agent kimi qayıdıb. O, “qırmızı şeytanlar”ın heyətində cəmi 3 matça çıxıb və qol buraxmayıb.

Tom Hiton karyerası ərzində “Aston Villa”, “Börnli”, “Bristol Siti”, “Kardiff Siti”, “Uikomb Uonderers”, “Roçdeyl”, KPR, “Suindon Taun” kimi klubların da formasını geyinib.

Hiton İniltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə 3 oyun keçirib.

Seçilən
63
arena.az

1Mənbələr