AZ

İsrail ordusu Qəzzanı yenə bombalayıb - Ölənlər var

İsrail qırııcları Qəzza zolağının şimalını ağır bombardmana məruz qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada yerləşən Mülki Müdafiə İdarəsi açıqlama yayıb.

Bildirilib ki, aviazərbələrdən biri Zerad adlı şəxsin ailəsinin yaşadığı evə endirilib: "Dərəc rayonunda yerləşən evdə olan 9 nəfərdən 7-si salamat xilas olunsa da, 2 nəfər həlak olub, yaralılar var. Bundan başqa, Tel Əl-Hava bölgəsində də evlər vurulub, ilkin məlumata görə, 13 fələstinli həyatını itirib, 10-dan çox şəxs yaralanıb. Bölgədə zərbələrdən sonra yanğınlar başlayıb...".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
mia.az

1Mənbələr