AZ

İsrailin itkiləri artdı


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə davam edən döyüşlər zamanı daha iki hərbçisinin öldüyünü bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 7-ci briqadanın 75-ci batalyonunun qrup komandiri, 21 yaşlı kapitan Elişa Luqasi Fələstin anklavının şimalında gedən döyüşlər zamanı həlak olub. Həmçinin Givati ​​briqadasının Rotem batalyonunun taqım komandiri 21 yaşlı kapitan Roy Millerin də orada gedən döyüşlər zamanı həlak olduğu qeyd olunub. Həmin döyüşdə Rotem batalyonunun daha bir zabiti və əsgərinin ağır yaralandığı bildirilir.
Qeyd olunur ki, sonuncu məlumatlar nəzərə alınmaqla İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan hərbçilərin sayı 323-ə, ümumilikdə itkilərin sayı isə 677-yə çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
yeniavaz.com

1Mənbələr