AZ

“Tarixdə bu gün” - 4 iyul necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

4 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

4 İyul Beynəlxalq Əsir Delfinlər Günüdür:

Bu günün təsis olunması delfinlərin və digər dəniz məməlilərinin hərbi məqsədlərlə istifadə olunması və onların qapalı yerlərdə saxlanmasına qarşı mübarizə aparanlar tərəfindən irəli sürülmüşdür.

 

4 iyul Azərbaycanın ilk bəstəkar qadınlarından olan Ağabacı Rzayevanın xatirə günüdür:

Bakı Konservatoriyasında oxuyan, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylidən dərs alan A.Rzayevanın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur. (1912-1975)

 

1932-ci ilin 4 iyulunda Türkiyədə dövrün daxili işlər naziri Şükrü Kaya avtomobillə Ankaradan İstanbula gedən ilk adam oldu.

 

4 iyulda Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd şah öz yaxın adamları tərəfindən Şuşada qətlə yetirildi:

 

1796-cı ildə İranda hakimiyyətə gəldikdən sonra Şimali Azərbaycan və Gürcüstana yürüşlər edən şah Qacar Şuşa qalasını ələ keçirmişdi. O, qətlə yetirilən gecə Qarabağ xanının vəziri və görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif zindanda öz edamını gözləyirmiş.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
azedu.az

1Mənbələr