AZ

Fransada şiddətli etiraz aksiyaları davam edir

Fransada parlament seçkilərinin ikinci turu öncəsi şiddətli etiraz aksiyaları davam edir. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Parisdə Respublika meydanında toplaşan minlərlə vətəndaş seçkilərin ilk turunun nətiicələrinə, ifrat sağçı Milli Birlik partiyasının yüksək səs toplamasına etiraz bildiriblər. 

Əllərində Fələstin bayraqları daşıyan nümayişçilər Milli Birlik Partiyası əleyhinə şüarlar səsləndiriblər. Etiraz aksiyaları Fransanın digər bölgələrinə də yayılıb.

Marin Lö Penin liderlik etdiyi partiya Avropa Parlamentində yüksək nəticə toplayaraq hökumətiu buraxmağa və növbədənkənar seçkilər elan etməyə məcbur etmişdi. 

Parlament seçkilərinin ilk turunda da, ardıcıl 2-ci inamlı qələbəsini qazan partiya, 2-ci dünya müharibəsindən sonra Fransada ilk ifrat sağçı hökumət olmağa olduqca yaxındırlar. 

Xüsusilə immiqrasiya və Aİ ilə əlaqələr siyasətində radikal dəyişikliklər hədəfləyən Milli Birlik partiyasına qarşı digər bütün qüvvələr səfərbər olublar. 

Onlar, ifrat sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirirlər. 

İş o yerə gəlib çatıb ki, növbədənkənar parlament seçkilərinin ikinci turuna keçən iddialılardan 218-i öz namizədliyini geri götürüb.

Yarışdan imtina edənlər arasında Nazirlər Kabinetinin bir neçə naziri də var.

Sözügedən namizədlərin bu addımının səbəbi növbədənkənar parlament seçkilərinin ikinci turunda Jordan Bardella və Marin Le Penin lideri olduğu sağçı qüvvələrin qalib gəlməyinə mane olmaqdır.

Məlumata əsasən, seçkidə iştirakını dayandıran namizədlərdən bununla bağlı qərarlarını iyulun 2-si saat 20:00-a qədər təsdiqləmələri tələb edilirdi.

İfrat sağçıların əldə etdiyi rekord nəticəyə görə xalq ilk növbədə E.Makronu ittiham edir. 

Onların fikrincə, Fransa tarixinin o qədər zəif dövrünü keçirib ki, əhalinin mühüm hissəsi özünə xilasar kimi ifrat sağçıları seçib. 

Həmçinin, Makronun hazırki vaxtda, bir sıra daxili problemlərin, o cümlədən Yeni Kaledoniyada baş verən iğtişaşların, inflyasiya və immiqrasiya problemlərinin gündəmdə olduğu bir vaxtda seçkiləri elan etməsi böyük strateji səhv kimi qiymətləndirilir. 

Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Seçilən
84
operativmm.az

1Mənbələr