AZ

ŞƏT sammiti: Azərbaycan qlobal nüfuzunu artırır

Prezident İlham Əliyev Şanxay ƏməkdaşlıqTəşkilatının (ŞƏT) Qazaxıstanın paytaxtı Astanada keçirilən növbətizirvə görüşündə iştirak etmək üçün Astana şəhərinə səfər edib. Busəfər çərçivəsində dövlət başçısının Çin, Türkiyə, Rusiya, Pakistanvə Qazaxıstan prezidentləri ilə görüşləri nəzərdə tutulur. GörüşlərAzərbaycan Prezidentinin təşkilata üzv dövlətlərin rəhbərləri iləyüksək səviyyəli və qarşılıqlı etimada əsaslanan münasibətlərininmöhkəmləndirilməsi kimi qiymətləndirilir.

Bu ay Azərbaycan üçün mühüm beynəlxalq tədbirlərlə yadda qalacaqki, həmin tədbirlərin biri də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)Astanada keçirilən zirvə görüşüdür.

ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya,Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilib.Sonradan Pakistan, Hindistan və İranın da tamhüquqlu üzv qisminləqatıldıqları qqurumun hazırda 9 üzvü, 3 müşahidəçi üzvü(Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı(Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn,Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal,Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Astana Sammitində sabahBelarusun da tamhüquqlu üzv kimi qəbul edilməsi gözlənilir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında sabitliyin vətəhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm vənarkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadiəməkdaşlıq, enerji tərəfdaşlığı və elmi-mədəni əlaqələrininkişafıdır.

Azərbaycanın ŞƏT ilə əlaqələri 2015-ci ildə dialoq üzrə tərəfdaşstatusu alması ilə başlayıb. 2016-cı ildə Pekində bu barədəmemorandum imzalanıb. 2022-ci ildə isə Prezident İlham ƏliyevŞƏT-in Səmərqənd zirvə görüşündə fəxri qonaq kimi iştirak edib.

Bu il Prezident İlham Əliyev Astana Sammitində də iştirakedəcək. Çin, Türkiyə, Rusiya, Pakistan və Qazaxıstan liderləri iləkeçiriləcək görüşlərdən sonra ŞƏT+ formatında ilk görüşdə iştirakedəcək. Bu əməkdaşlıq iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri,terrorizm və ekstremizmə qarşı mübarizə, regional təhlükəsizliyintəminatı və sivilizasiyalararası dialoqun təşviqi kimi sahələriəhatə edir.

Azərbaycanın ŞƏT üzv dövlətləri ilə qurduğu yüksək səviyyəliikitərəfli və çoxtərəfli münasibətlər həm təşkilatla əməkdaşlığıninkişafına, həm də Azərbaycanın regional güc kimi dəstəkqazanmasına xidmət edir. ŞƏT Azərbaycanın beynəlxalq səviyyədəsəsinin eşidilməsi və mövqelərinin geniş ictimaiyyətə çatdırılmasıüçün vacib bir platformadır.

Astana zirvə görüşü Azərbaycanın ŞƏT ilə əməkdaşlığının gələcəkinkişaf perspektivlərini müəyyən etmək baxımından əhəmiyyətlidir.Bakı, təhlükəsizlik və iqtisadi sahədə çəkisini artıran ŞƏT ilədaha sıx əməkdaşlıqda maraqlıdır, bu əməkdaşlıq ölkəmiz üçün yeniimkanlar açır.

Prezident İlham Əliyevin ikinci dəfə ŞƏT liderlərinin zirvəgörüşünə dəvət olunması təşkilata üzv dövlətlərlə Azərbaycanarasında qarşılıqlı inam və etimadın yüksək səviyyəsindən xəbərverir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və Avrasiyaməkanında əsas tranzit qovşağına çevrilməsi ölkəmizin ŞƏT üçünəhəmiyyətini daha da artırır.

COP29-a sədrliyi fonunda Azərbaycanın qlobal aktorlar vədünyanın aparıcı ölkə və təşkilatları ilə əməkdaşlığıgücləndirməkdə maraqlı olduğu diqqət çəkir. Bütün bunlarAzərbaycanın məntiqli və ardıcıl xarici siyasətinin, ikitərəfli vəçoxtərəfli diplomatiyasının uğurunu göstərir.

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı 2015-ci ildə başlanıb. Həmin ilŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycanatərəfdaş statusu verilib. 2016-cı ildə Pekində Azərbaycanın ŞƏT-indialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandumimzalanıb. 2022-ci ildə isə Özbəkistanın Səmərqənd şəhərindəkeçirilən Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq kimiiştirak edib. Bu kontekstdə, Azərbaycan ilə ŞƏT arasında ikitərəfliəlaqələrin inkişafı siyasi, iqtisadi, nəqliyyat, kommunikasiya vəenerji sahələrində xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan son illərdə beynəlxalq arenada artan nüfuzu vəAvrasiya məkanında əsas tranzit qovşağına çevrilməsi ilə ŞƏT üçünəhəmiyyətli bir tərəfdaş olaraq tanınır. Azərbaycanın təhlükəsizlikvə iqtisadi inkişaf sahələrində mühüm rol oynamağa başlaması, ŞƏTilə daha sıx əməkdaşlıq etmək istəyini artırır. ŞƏT ilə əməkdaşlıqçərçivəsində “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrəfəaliyyətin gücləndirilməsi, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolulayihəsi Azərbaycanın bu istiqamətdə atdığı mühüm addımlardanbiridir.

Azərbaycan-ŞƏT əməkdaşlığı qarşılıqlı maraqlara xidmət edir vəiqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm vəseparatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyintəminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatəedir. Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə yüksək səviyyəliikitərəfli münasibətləri təşkilatla əməkdaşlığın inkişafına töhfəverir və Azərbaycanın regional güc kimi dəstək qazanmasına səbəbolur.

ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinineşidilməsi və mövqeyinin çatdırılması baxımından vacib birplatformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakıvə etdiyi çıxışlar ölkəmizin mühüm məsələlərinin qlobal səviyyədəgeniş ictimaiyyətə çatdırılmasını təmin edir. Hazırda dünyanın ənböyük beynəlxalq tədbirlərindən biri olan COP29-a hazırlıqçərçivəsində ŞƏT ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqətmərkəzində saxlanılır.

Heydər Əliyev Fondu da ŞƏT ilə əməkdaşlıq əlaqələriningücləndirilməsinə mühüm töhfələr verir. Fondun təşkilatçılığı iləŞƏT-in Pekindəki qərargahında Azərbaycan mədəniyyəti günü, həmçinindahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeydedilmişdir. Nizami Gəncəvinin büstünün ŞƏT qərargahında qoyulması,Azərbaycanın bu təşkilatda mədəniyyət və incəsənət sahəsində dəyüksək nüfuzunu göstərir.

Astana zirvə görüşü Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) ilə əməkdaşlığın daha geniş sahələrini əhatə etməklə, gələcəkinkişaf perspektivlərinin müəyyən edilməsi baxımından mühüməhəmiyyət daşıyır. Bu tədbir, Azərbaycanın xarici siyasətininuğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının birtəzahürüdür.

Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişlənməsi, təşkilata üzvdövlətlərlə daha sıx əməkdaşlıq imkanları yaradır. Prezident İlhamƏliyevin Astanadakı zirvə görüşündə iştirakı, ölkəmizin ŞƏT iləəlaqələrini daha da möhkəmləndirmək və yeni əməkdaşlıq sahələrinikəşf etmək üçün mühüm bir addımdır.

Azərbaycanın ŞƏT üzv dövlətləri ilə ikitərəfli münasibətləri,iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm və ekstremizməqarşı mübarizə, regional təhlükəsizlik və sabitliyin təminatı,sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir. Buəməkdaşlıq, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini gücləndirirvə ölkəmizlə bağlı mühüm məsələlərin qlobal səviyyədə genişictimaiyyətə çatdırılmasını təmin edir.

Azərbaycanın COP29-a sədrliyi, ölkəmizin qlobal səviyyədəsiyasət yürüdən bir dövlət olduğunu və dünyanın aparıcı ölkələrininAzərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarınıgöstərir. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun vəAvrasiya məkanında əsas tranzit qovşağına çevrilməsininəhəmiyyətini bir daha vurğulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
17
az.trend.az

10Mənbələr