AZ

Bakı Şəhərində yeniyetmələr arasında stolüstü tennis turniri keçiriləcək

İyulun 4-ü Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçiriləcək.

QHT.az xəbər verir ki, “Şüa" İdman-Sağlamlıq Kompleksində mənfi 2 sistemi ilə keçirilən yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı iştirak edəcək.

Turnirin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Seçilən
61
qht.az

1Mənbələr