AZ

Putinlə Ərdoğan Astanadadır, münasibətlər nizama salınacaqmı?

Moskva-Ankara oxunda nə baş verir?
 
"Türkiyə ilə Rusiyanın soyuq münasibətləri daha da pisləşə bilər..."
 
Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında çoxdan gözlənilən görüş, nəhayət, Astanada baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "dikGAZETE" nəşri məlumat verib.
 
Bununla əlaqədar olaraq portalın müxbiri rusiyalı ekspert Ruslan Süleymanovla söhbət edib.
 
O, Moskva və Ankara arasında münasibətlərdə son zamanlar müşahidə edilən gərginliyin bir neçə səbəblərini açıqlayıb, prezidentlərin görüşü ərəfəsində Rusiya ilə Türkiyənin ikitərəfli münasibətlərini şərh edib.
 
"Hal-hazırda Rusiya ilə Türkiyə arasında münasibətlərdə bir növ soyuqluq müşahidə edilir, - Süleymanov qeyd edib. - Ötən il iki ölkə arasında ticarət dövriyyəsi aşağı düşüb.
 
Belə vəziyyət cari ilin ilk aylarında da müşahidə edilir. Bunun səbəblərindən biri Türkiyə bankları tərəfindən Rusiya ilə ABŞ tərəfindən sanksiyalardan yan keçmək üçün bütün əməliyyatların dayandırılmasıdır".
 
Digər səbəblər arasında rusiyalı ekspert bunları qeyd edib: "İkincisi, Ankara və Vaşinqton arasında münasibətlərin normallaşdırılması çərçivəsində ABŞ Türkiyənin İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmasına cavab olaraq F-16 qırıcılar problemini nizama salıb. 
 
Bu, Ankaranın Rusiyanın təklif etdiyi Su-35 və Su-57 təyyarələrindən imtina etməsi deməkdir. Bundan başqa, Amerika KİV-ləri iddia edir ki, Türkiyə tezliklə Amerikanın F-35 qırıcılarına görə Rusiyanın C-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı öz mövqeyini dəyişə bilər".
 
Daha sonra Süleymanov davam edib: "Üçüncüsü, Türkiyənin Ukrayna ilə hərbi sahədə sıx münasibətləri Rusiya rəhbərliyində hiddət doğurur. Ona görə də Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda Qara dənizdə vəziyyət barədə danışarkən bir az da Ərdoğanı tənqid edib, Türkiyədən Ukraynaya tədarük edilən pilotsuz uçuş aparatlarını xatırladıb".
 
"Nəticədə Putinin Türkiyəyə səfəri çoxdan təxirə salınır. Ərdoğanı və onun partiyasını 2023-cü ildə Türkiyədə seçkilərdən öncə tamamilə dəstək verən Rusiya prezidenti Ankaradan başqa mövqe gözləyir, ona görə də yaxın zamanlarda o, Türkiyəyə səfər etməyəcək", - Süleymanov qeyd edib.
 
Müəllif: Fuad Səfərov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
moderator.az

10Mənbələr