Türkiyənin Antalya vilayətində avtobusun qəzaya uğraması nəticəsində yaralanan 7 rusiyalı xəstəxanada qalır.
Bu barədə RT-yə Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat verib.
“Moskva vaxtı ilə saat 17:00-a olan məlumata görə, 7 rusiyalı xəstəxanada qalır. Onlara lazımi tibbi yardım göstərilir”, – məlumatda deyilir.
Zərərçəkənlərdən birinin ağır bədən xəsarətləri aldığı bildirilir.
Bundan əvvəl Rusiya Turoperatorları Assosiasiyası (ATOR) Antalyada baş vermiş qəza nəticəsində turistlər arasında itkilərin olmadığını bildirmişdi.
DOĞRU.AZ