AZ

Azərbaycan ilə Çin arasında siyasi əlaqələr tarixin ən yüksək səviyyəsindədir - XİN

 Azərbaycan və Çin arasında siyasi əlaqələr bütün tarixində ən yüksək səviyyədədir.
 
Moderator.az-ın  Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə , bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə prezident İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı yerli mətbuatın suallarını cavablandırarkən deyib.
 
Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri son illər yüksələn xətlə inkişaf edir.
 
“Azərbaycan və Çin liderləri arasında olan səmimi dostluq və əməkdaşlıq münasibətləri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verdi və bu görüş bir daha göstərdi ki, Azərbaycan ilə Çin arasında siyasi əlaqələr tarixin ən yüksək səviyyədədir.
 
Çin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə hər zaman “vahid Çin” siyasətini dəstəkləyib.
 
Görüşdə Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasında münasibətləri strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəsinə qaldırmaq barədə qərar qəbul ediblər. , və strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə qəbul edib.
 
Əminik ki, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi, mübadilələrin intensivləşdirilməsi və bununla da həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın hərtərəfli dərinləşdirilməsi işinə yeni dinamika gətirəcək. Eyni zamanda, strateji tərəfdaşlığımız iqtisadiyyat, ticarət, nəqliyyat, investisiya və bir çox digər sahələrdə əməkdaşlığımızı həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni səviyyəyə qaldıracaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
moderator.az

1Mənbələr