AZ

Si Tszinpin və Putinin rəhbərlik etdiyi kluba qatı rusiyayönümlü ölkə qoşulacaq

"Belarusun ŞƏT-ə qoşulması təşkilatın nüfuzu və legitimliyi ilə bağlı problemlər yaradacaq..."
 
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin təntənıli açılış mərasimi keçiriləcək. Bu sammitdə Belarusun təşkilata qoşulacağı gözlənilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən "tass.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Belarus hakimi Aleksandr Lukaşenko tədbirin lap əvvəlindən iştirak edəcək.
 
"Belarusun ŞƏT-ə qoşulması son dərəcə əhəmiyyətli hadisədir, - Uşakov deyib. - Biz, əlbəttə ki, həmişə müttəfiqimizin ŞƏT-ə qoşulmasına dəstək vermişik və əlbəttə ki, Belarusun bu təşkilatın üzv dövləti statusunu alacağından məmnunuq".
 
CNN telekanalı qeyd edir ki, Belarusun ŞƏT-ə qoşulması Pekin və Moskvanın təşkilatın regional təhlükəsizlik blokundan ABŞ və önların müttəfiqləri başda olmaqla Qərb təsisatlarına qarşı geosiyasi əks gücə transformasiya edilməsi üzrə növbəti addımıdır.
 
"2022-ci ildə Ukraynaya hərbi müdaxiləyə başlamaqda Rusiyaya kömək edən Belarus ötən il İranın tamhüquqlu üzv olmasından sonra kluba qoşulan son avtoritar dövlət olacaq", - CNN yazıb.
 
2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən terrorçuluqla mübarizə və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün təsis edilən Şanxay Əməkdaşlıq Təşkilatı son illər Pekin və Moskvanın "ABŞ hegemonluğuna" qarşı müqavimət və beynəlxalq sistemin öz xeyirlərinə yenidən qurulması üzrə ambisiyalarına uyğun olaraq genişlənib.
 
2017-ci ildə blok Hindistan və Pakistanı üzv qəbul etdikdən sonra ilk dəfə olaraq genişlənib. Belarusun qoşulmasından sonra ŞƏT-in 10 üzvü olacaq, bu ölkələr dünya əhalisinin 40 faizdən çoxunu və dünya iqtisadiyyatının təxminən dörddə bir hissəsini təmsil edir. 
 
Təşkilatın tərkibinə həmçinin iki müşahidəçi dövlət-Əfqanıstan və Monqolustan və Myanmadan Türkiyə və ərəb dövlətlərinədək "dialoq üzrə tərəfdaşlar" daxildir.
 
"Avropa İttifaqı ilə sərhəddə yerləşən Belarusun qoşulması ŞƏT-in missiyasının həqiqətən də son bir neçə il ərzində dəyişdiyini göstərir", - bunu Berlindəki Çin Tədqiqatlar İnstitutunda Çinin xarici siyasəti üzrə ekspert Yeva Zayvert deyib.
 
"İranla əməkdaşlıqdan fərqli olaraq, ŞƏT Belarusun qoşulmasından iqtisadi və ya hərbi cəhətdən çox şey əldə etmir. Məhz buna görə də mən hesab edirəm ki, bu, böyük ehtimalla, geosiyasi addımdır", - Yeva Zayvert qeyd edib.
 
Onun fikrincə, üçüncü il Ukrayna ilə üzücü müharibə aparan Putin üçün ŞƏT vacib diplomatik hərəkata, habelə onun beynəlxalq aləmdən təcrid olunmadığını nümayiş etdirmək üçün platformaya çevrilib.
 
"Çinin ABŞ-la münasibətlərinin kəskin pisləşdiyinə görə Pekini ŞƏT-in Qərb əleyhinə təşkilat adlandırılması az narahat edir, bu hissiyat İranın qoşulmasından sonra yalnız pisləşib", - Zayvert qeyd edib.
 
"Onların istədikləri odur ki, ŞƏT daha görməzdən gəlinməsi mümkün olmayan böyük blok kimi qəbul edilsin. Bütün bu ölkələrin təşkilata qoşulması ilə Çin və Rusiya onların dünyagörüşünün çoxsaylı tərəfdaşları olduğunu göstərmək istəyir", - o, əlavə edib.
 
ŞƏT üçün Belarusun təşkilata qoşulması beynəlxalq nüfuz baxımından heç bir dividend gətirməyəcək, bunu ABŞ Asiya Tədqiqatları Milli Bürosunun elmi əməkdaşı Beyts Hill deyib.
 
"Belarus rejiminin Rusiya tərəfindən beynəlxalq hüququn pozulmasına və Ukraynaya hərbi müdaxiləsinə dəstək verən Belarus rejiminin xarakteri nəzərə alınmaqla bu, təşkilatın nüfuz, legitimlik və mandatı ilə bağlı müxtəlif problemlər və yeni suallar yaradır", - Hill deyib.
 
"Hamıya aydındır ki, ŞƏT avtoritar rejimlərlə barışa bilər, lakin təşkilatın mandatı nöqteyi-nəzərdən onun diqqətini ilkin olaraq Mərkəzi Asiyaya yönəlməli olduğu missiyasını daha da çox təhrif edir", - ekspert deyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
moderator.az

1Mənbələr