AZ

Qadın güləşçimiz Avropa çempionatında finala vəsiqə qazandı

Azərbaycan güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında finala vəsiqə qazanıb.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) R.Məmmədova adını finala yazdırıb. O, həlledici görüşdə rusiyalı Yelena Kurovayla güləşəcək.

Elvina Kərimzadə (50 kiloqram) polşalı Yoanna Samsonoviçi (6:4) yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya (tuş) məğlub olub. Kərimzadə sabah təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmanla qarşılaşacaq. Nərgiz Səmədova (55 kiloqram) hollandiyalı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbə qazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb – 0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska ilə üz-üzə gələcək.

Seçilən
49
12
publika.az

10Mənbələr