AZ

Astana görüşü Azərbaycan, Pakistan və Türkiyə əlaqələrinin genişlənməsinə təkan verəcək - Ayxan Hacızadə

Bakı. Trned:

Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələrixalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlıhörmət və etimada əsaslanır. Belə möhkəm təməllərə əsaslanandövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf,müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraqdoğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət vədəstəklə səciyyələnib.

Trend-inməlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuatkatibi Ayxan Hacızadə yerli medianın sualına cavabındasöyləyib.

“Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, Müdafiənazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər,tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrərazılıqlar əldə edilib və əməkdaşlıq daha da genişlənib. Xüsusiləvurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfliəməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərinirəhbər tutara, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqinitəşviq edir”, - deyə mətbuat katibi bildirib.

A.Hacızadə diqqətə çatdırıb ki, Astanada liderlər səviyyəsindəkeçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyəyüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıqplatformasının güclənməsi və müntəzəm şəkildə təşkili,Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıqəlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
18
az.trend.az

10Mənbələr