Bakı. Trend:
Azərbaycan güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sadşəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında finalavəsiqə qazanıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə,59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalıLuna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş)vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinaldalitvalı Anna Tielieginadan da güclü olan (9:5) R.Məmmədova adınıfinala yazdırıb. O, həlledici görüşdə rusiyalı Yelena Kurovaylagüləşəcək.
Elvina Kərimzadə (50 kiloqram) polşalı Yoanna Samsonoviçi (6:4)yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya(tuş) məğlub olub. Kərimzadə sabah təsəlliverici görüşdəbolqarıstanlı Emine Osmanla qarşılaşacaq. Nərgiz Səmədova (55kiloqram) hollandiyalı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbəqazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb –0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska iləüz-üzə gələcək.
Fatimə İsayeva (68 kiloqram) ilk mərhələsində rusiyalı AlinaŞevçenkoya müqavimət göstərə bilməyib – 0:11. İsayeva təsəllivericigörüşdə polşalı Karolina Domaşukla mübarizə aparacaq.