AZ

Red Magic Realm 32 QD-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Nubia şirkəti Red Magic 9S Pro, Magic 9S Pro+ smartfonları və Red Magic Gaming Notebook 16 Pro noutbuku ilə yetinməyərək əlavə olaraq gaming monitorunu da təqdim edib. Şirkətin gaming monitoru Red Magic Realm 32 QD-OLED adlanır. Beləliklə bu gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym ölçülü Samsung QD-OLED ekranla təchiz olunub. Ekran bir qədər əyilmiş dizaynda hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.     Ekran üstəlik 10 bit-lik rəngləri dəstəkləyir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyədir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və NVIDIA G-SYNC ilə AMD FreeSync texnologiyalarını dəstəkləyir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Red Magic Realm 32 QD-OLED-in satışlarına Çində 9 iyul tarixində start veriləcək və onun qiyməti 1031$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
technote.az

1Mənbələr