AZ

Red Magic Gaming Notebook 16 Pro gaming noutbuku təqdim edilib - QİYMƏTİ

     Nubia şirkəti Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonları ilə yanaşı ilk gaming noutbukunu da təqdim edib. Şirkətin ilk gaming noutbuku Red Magic Gaming Notebook 16 Pro adlanır. Beləliklə sözügedən gaming noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ölçülü Magic Cloud adlı ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 3 millisaniyə təşkil edir. Üstəlik ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır.     Alıcılara iki videokartdan birini seçmək təklif edilir. NVIDIA GeForce RTX 4060 və ya RTX 4070. Bununla yanaşı Red Magic Gaming Notebook 16 Pro noutbuku özündə 16/32 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Noutbukun gövdəsi aviasiyada istifadə edilən alüminium ərintisindən hazırlanıb. Onun qalınlığı 23.9 mm, çəkisi isə 2.4 kq təşkil edir. Noutbukun klaviaturası RGB işıqlandırmaya sahibdir. Batareyaya gəldikdə isə bu noutbukda o, 80.1 vatt-saat təşkil edir. Red Magic Gaming Notebook 16 Pro HDMI 2.1, USB 3.2 Gen 2, USB 3.2 Gen 1, RG45 və Thunderbolt 4 girişlərini əldə edib. Noutbukun satışlarına 9 iyul tarixində Çində start veriləcək. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Red Magic Gaming Notebook 16 Pro-nun Çindəki qiymətləri aşağıdakı kimi olacaq.- 16 GB RAM + 1 TB SSD (Dark Night Black gövdə rəngi) - 1375$- 16 GB RAM + 1 TB SSD (Glacier Silver gövdə rəngi) - 1485$- 32 GB RAM + 1 TB SSD (Glacier Silver gövdə rəngi) - 1787$.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
technote.az

1Mənbələr