AZ

AnTuTu bençmarkı 2024-cü ilin iyun ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonların reytinqlərini təqdim edib

     AnTuTu bençmarkı 2024-cü ilin iyun ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib. Ənənəyə sadiq qalaraq bu reytinqlərdə smartfonlar müxtəlif satış qiymətləri üzrə kateqoriyalara ayrılıb. Beləliklə ilk reytinqdə 137$-a kimi satış qiymətinə sahib smartfonlar yer alıblar. Bu reytinqin ilk beşliyi belədir. Nubia Mavericks, Redmi Note 13 5G, Honor Play 7T, vivo Y100i və Honor Play 8T. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Redmi 13C 5G, Huawei Enjoy 50z, Huawei Enjoy 70z, Honor Play 5T və Huawei Enjoy 70.     İkinci reytinqə 138$-dan 274$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. İkinci reytinqin ilk beşliyi belədir. Redmi K70E, Redmi Turbo 3, realme GT Neo6, realme GT Neo6 SE və iQOO Z9 Turbo. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. OnePlus Ace 3V, Redmi Note 12 Turbo, iQOO Z8, vivo Y100t və iQOO Z9.     Üçüncü reytinqə 275$-dan 412$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. Üçüncü reytinqin ilk beşliyi belədir. iQOO Neo9 Pro, iQOO Neo8 Pro, iQOO Neo9, Redmi K70 Pro və Redmi K70. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. iQOO Neo9S Pro, Meizu 20, OnePlus Ace 3, realme GT5 240W və Meizu 21 Note.     Dördüncü reytinqə 413$-dan 549$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. İkinci reytinqin ilk beşliyi belədir. OnePlus Ace 3 Pro, Meizu 21, realme GT5 Pro, vivo X100s və vivo X100. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. iQOO 12, Xiaomi 14, OPPO Find X7, Moto X40 və Honor Magic 6.     Beşinci reytinqə 550$-dan yuxarı satış qiymətinə sahib smartfonlar daxil olublar. Bu reytinqin ilk beşliyi belədir. OnePlus 12, nubia Z60 Ultra, Red Magic 9 Pro, Meizu 21 Pro və ASUS ROG Phone 8. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Xiaomi 14 Pro, vivo X100s Pro, iQOO 12 Pro, vivo X100 Pro və Red Magic 9 Pro+.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
technote.az

1Mənbələr