AZ

Edersona Səudiyyə Ərəbistanından sərfəli təklif

“Əl-Nəsr” “Mançester Siti”nin qapıçısı Edersonla maraqlanır.

İdman.biz xəbər verir ki, ərəblər qarşı tərəfə sərfəli təklif ediblər.

Braziliyalı qapıçı hələlik təklifə hər hansı cavab verməyib. İngiltərə mətbuatı Edersonun Pro-liqada oymağa qarşı olmadığını yazıb. 30 yaşlı qolkiperin “Mançester Siti” ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Ederson 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. O, 2023/2024 mövsümündə 43 oyunda forma geyinib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
idman.biz

3Mənbələr