AZ

"Məqsədimiz "Sabah"la oyunlara düzgün hazırlaşmaqdır" - Baş məşqçi

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”sinin baş məşqçisi Barak Bakar komandanın hazırlığını dəyərləndirib.

Prosport.Az xəbər verir ki, israilli mütəxəssis futbolçularının məşqlərə yanaşmasından razılıq bildirib. O, “Sabah”la qarşılaşmaya qədər hazır olacaqlarını düşünür: “10 günə yaxındır məşqlərə başlamışıq. Düşərgədə çox çalışmaq üçün gözləyən gəncləri, köhnələri görmək xoşdur. Məqsədimiz “Sabah”la keçirəcəyimiz rəsmi oyunlara düzgün hazırlaşmaqdır. Həmin matçlara qədər hələ vaxtımız var. Ona görə də çox çalışmaq lazımdır və hər bir oyunçu 100 faiz gücünü ortaya qoymalıdır. İnanıram ki, həmin vaxt hazır olacağıq”.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
prosport.az

2Mənbələr