AZ

Çempion komanda azarkeşin təqdim etdiyi dizaynla yarışacaq

Əvvəlcədən də deyildiyi kimi, “Red Bull Racing” çempionatın Britaniya mərhələsi üçün hazırlanmış RB20 avtomobilinin xüsusi versiyasını təqdim edi. Silverstounda Maks Verstappen və Serxio Peres, “REBL CUSTMS” adlı müsabiqə çərçivəsində komandanın azarkeşlərinin iştirakı ilə hazırlanmış avtomobillərdə yarışacaqlar.

İlk variant bu həftə görünəcək. Sinqapur və Ostində daha iki variantın təqdimatı gözlənilir.

Britaniya qran-prisi üçün avtomobil Tailandlı fanat Çalay Suvanişin dizaynı ilə yaradılıb. “REBL CUSTMS” proqramında ən sadiq azarkeşlər iştirak edirdilər və çox şadam ki, onlar komandanın işində belə mühüm rol oynayırlar. 2024-cü il mövsümü “Red Bull Racing” üçün 20-cidir. Bu da gördüyümüzün işlərin əhəmiyyətini artırır”, – deyə komandanın direktoru Kristian Horner bildirib.

Seçilən
73
futbolinfo.az

1Mənbələr