“Samsung” gələn ilin əvvəlində satışa çıxarılacaq “Galaxy S25” seriyasının “Plus” modelindən imtina edə bilər.

İndex.az xəbər verir ki, bu barədə “Android Headlines” məlumat yayıb.

“Android Headlines” iddiasını “Galaxy S25 Plus” modelinin verilənlər bazasında olmaması ilə əsaslandırır.

Beləliklə, “Galaxy S25” seriyasında cəmi iki model olacaq: “Galaxy S25” və “S25 Ultra”.